Məhkəmə ekspertlərinin əməkhaqları artırılacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada öz əksini tapıb.
Sənəddə görüləcək işlər aşağıdakı kimi qeyd olunub:
– Beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınmaqla, məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayının artırılması ilə bağlı təkliflərin hazırlanması;
– Məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görülməsi;
– Məhkəmə ekspertlərinin nəzəri-praktiki hazırlığı, habelə onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu məqsədlə xüsusi təlim proqramlarının hazırlanması;
– Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflərin hazırlanması.
Ştat vahidlərinin və əməkhaqlarının artırılması üçün icra müddəti 2026-cı il müəyyən edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:56 / 11.12.2025
Onların maaşları ARTIRILACAQ – RƏSMİ
Hazırda oxunan: Onların maaşları ARTIRILACAQ – RƏSMİ
Hazırda oxunan: Onların maaşları ARTIRILACAQ – RƏSMİ
585048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































