Balıq uzunömürlülüyün mənbəyi imiş - TƏDQİQAT

Balıq uzunömürlülüyün mənbəyi imiş - TƏDQİQAT

Hazırda oxunan: Balıq uzunömürlülüyün mənbəyi imiş - TƏDQİQAT

584887

Yaponiyanın Milli Sağlamlıq və Qidalanma İnstitutunun alimləri tərəfindən aparılan tədqiqat nəticəsində məlum olub ki, balığın tez-tez qida rasionunda yer alması yaşlı insanlarda özünü yaxşı hiss etməyə və daha aktiv həyat tərzi sürməyə kömək edir.

Bizim.Media xəbər verir ki, bu barədə “Dailymail” yazıb.

Tədqiqatın əvvəlində 1000-dən çox yaşlı kişi və qadın ekspertlərin xahişi ilə sorğu kağızı doldurub.

Bu anketdə respondentlərin fiziki və psixoloji vəziyyətini qiymətləndirməyə imkan verən suallar yer alıb. Məsələn, sorğuda insanın ictimai nəqliyyatdan nə dərəcədə rahat istifadə etdiyi, dostlarını nə qədər tez-tez ziyarət etdiyi, ondan məsləhət istəyənlərin olub-olmadığı kimi suallar yer alırdı.
 

Anketdə həmçinin insanların hansı qidaları qəbul etdikləri barədə də sual olub. Məlum olub ki, kifayət qədər heyvani zülal qəbul edənlər fiziki və psixoloji vəziyyət üzrə 39% daha yaxşı nəticə göstəriblər.


Zülal əzələ kütləsinin qurulması və möhkəmləndirilməsi, həmçinin zədə və sınıqlardan qorunma üçün əsas maddədir. Lakin yaş artdıqca orqanizmin qida maddələrini həzm etməsi və mənimsəməsi çətinləşdiyindən, gündəlik qida tələbatı artır və sağlam qalmaq üçün daha çox zülal lazım olur.

Tədqiqat zamanı məlum olub ki, kişilər daha çox zülala ehtiyac duyurlar, çünki yaşlandıqca daha çox əzələ kütləsi itirirlər.

Ən faydalı zülal mənbəyi balıq hesab olunur, çünki balıqda olan omeqa-3 yağ turşuları artriti yüngülləşdirir və demensiyanın (ağıl zəifləməsi) inkişafının qarşısını alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO