Astarada itkin düşən balıqçılardan biri beş gün əvvəl ata olub, digəri yeni evlənib – FOTO

Astarada itkin düşən balıqçılardan biri beş gün əvvəl ata olub, digəri yeni evlənib – FOTO

Hazırda oxunan: Astarada itkin düşən balıqçılardan biri beş gün əvvəl ata olub, digəri yeni evlənib – FOTO

584814

Astarada dənizdə itkin düşən iki balıqçının axtarışları hazırda genişləndirilmiş şəkildə davam etdirilir.
 

MÖVZU İLƏ BAĞLI: 

Astarada iki balıqçı İTKİN DÜŞDÜ


Bizim.Media “Teleqraf.az”a istinadla xəbər verir ki, hadisə rayonun Şahağac kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri Ağadədə Həsənov və Turan Həsənov dünən səhər tezdən balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar. Günorta saatlarında onlarla son dəfə telefon əlaqəsi saxlanılıb. Amma hava küləkli olduğundan deyilənlər tam eşidilməyib.

Axşam saatlarında onların evə qayıtmadığı məlum olub və aidiyyəti qurumlara məlumat verilib.
 

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidmətinin sahil mühafizə gəmiləri, eləcə də balıqçıların dörd nəfərdən ibarət yaxın qohumları cəlb olunub.


Hazırkı məqama qədər itkin düşən balıqçılarla bağlı hər hansı məlumat əldə olunmayıb, axtarışlar davam etdirilir.

Qeyd edək ki, Ağadədə Həsənov cəmi 5 gün əvvəl ata olub, övladı dünyaya gəlib.

Turan Həsənov isə təxminən 20 gün əvvəl ailə qurub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO