Sabah da yağış yağacaq – PROQNOZ

Sabah da yağış yağacaq – PROQNOZ

Hazırda oxunan: Sabah da yağış yağacaq – PROQNOZ

584801

Dekabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Gecə yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75% təşkil edəcək.
 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO