Bakıda eyvanı uçan bina memarlıq abidəsi imiş - RƏSMİ/FOTO

Bakıda eyvanı uçan bina memarlıq abidəsi imiş - RƏSMİ/FOTO

Hazırda oxunan: Bakıda eyvanı uçan bina memarlıq abidəsi imiş - RƏSMİ/FOTO

584793

Bakı şəhəri Səbail rayonu Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən 3320 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə binaya baxış keçiriblər.
 

Təhlükəsizliyin təmin olunması üçün aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri tədbirlər görülüb. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciət olunacaq.


Həmçinin qeyd olunub ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna əsasən, xüsusi mülkiyyətdə olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO