Zərdabda baş verən ağır qəzada ölən və xəsarət alanların adları açıqlanıb.
Bizim.Media xəbər verir ki, bunlar rayonun Bıçaqçı kənd sakinləri - sürücü Məftun Məmmədov və sərnişinlər - sürücünün atası İntiqam Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur, Tunar və İntiqam Məmmədovlardır.
Qəzaya düşənlərin hamısı bir ailənin üzvləridir.
İlkin məlumata görə qəza zamanı sürücünün atası İntiqam Məmmədov və azyaşlı oğlu Tunar Məmmədov ölüb.
Xatırladaq ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:19 / 09.12.2025
Bir ailənin 7 üzvü ağır QƏZAYA düşdü - Baba və nəvə həyatını itirdi
Hazırda oxunan: Bir ailənin 7 üzvü ağır QƏZAYA düşdü - Baba və nəvə həyatını itirdi
Hazırda oxunan: Bir ailənin 7 üzvü ağır QƏZAYA düşdü - Baba və nəvə həyatını itirdi
584627
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































