Bakıxanov qəsəbəsində partlayışda 2 nəfər xəsarət alıb –RƏSMİ/VİDEO

Bakıxanov qəsəbəsində partlayışda 2 nəfər xəsarət alıb –RƏSMİ/VİDEO

Hazırda oxunan: Bakıxanov qəsəbəsində partlayışda 2 nəfər xəsarət alıb –RƏSMİ/VİDEO

584607

Dekabrın 9-u saat 10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Xatırladaq ki, partlayış fərdi yaşayış evində olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO