Xalq şairi Nəriman Həsənzadənin Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur, hazırsa dializ edilmir.
Bizim.Media xəbər verir ki, bu barədə Pravda.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost məlumat verib.
“Həkimlər vəziyyətə nəzarət edirlər. Lazım olarsa, yenə dializ edəcəklər. Allaha şükür, huşu yerindədir, amma klinikada saxlayırlar ki, Allah eləməsin, birdən nəsə olsa, vaxtında müdaxilə edə bilsinlər. Kim zəng edib maraqlanırsa, özünə deyirik. Hamıya təşəkkür edir. Allah razı olsun. Mədəniyyət Nazirliyi də maraqlanır. Nazir Adil Kərimli də hər iki-üç gündən bir zəng edir. Sağ olsun”, – A.Mehmandost bildirib.
Xatırladaq ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar noyabr ayından xəstəxanaya yerləşdirilib.
Bizim.Media

































































































