“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə də onların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlar hesab olunur. Bu gün artıq 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi zamanı deyib.
“2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri dayanıqlı iqtisadi artımın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi, müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası, təhsilin və innovativ inkişafın dəstəklənməsi, səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunmasıdır”, - deyə Baş nazir qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:50 / 09.12.2025
Böyük Qayıdışa dair II Dövlət Proqramı HAZIRLANIR
Hazırda oxunan: Böyük Qayıdışa dair II Dövlət Proqramı HAZIRLANIR
Hazırda oxunan: Böyük Qayıdışa dair II Dövlət Proqramı HAZIRLANIR
584603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































