Yalnız varlılara spirtli içki satışına icazə verdilər

Yalnız varlılara spirtli içki satışına icazə verdilər

Hazırda oxunan: Yalnız varlılara spirtli içki satışına icazə verdilər

584576

Şəriət qanunları ilə idarə olunan Səudiyyə Ərəbistanında alkoqollu içkilərlə bağlı yeni qaydalar qüvvəyə minib.

Bizim.Media “Bloomberg”ə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, aylıq gəliri 50 min rial və daha çox olan qeyri-müsəlman əcnəbilər paytaxt Ər-Riyadda fəaliyyət göstərən yeganə rəsmi alkoqol satış məntəqəsindən alış-veriş edə biləcəklər.

Mağazaya daxil olmaq üçün gəliri təsdiq edən sənəd təqdim etmək mütləqdir. İstehlak aylıq bal sistemi üzrə müəyyən olunmuş kvota ilə məhdudlaşdırılacaq.

Qeyd edək ki, əvvəl bu mağazadan yalnız diplomatlar və məhdud sayda “premium” vizaya sahib əcnəbilər istifadə edə bilirdilər. Yeni qərar tələblərə cavab verən bütün əcnəbi sakinlərə şamil olunacaq. Bu, uzun müddət qapalı saxlanılan alkoqol satış sisteminin əhəmiyyətli dərəcədə genişləndirilməsi deməkdir.

Məlumata görə, bu addım Səudiyyə Ərəbistanının ölkədə xarici işçi qüvvəsini və investorları saxlamağa yönəlmiş geniş islahat proqramının bir hissəsidir. 2026-cı ilə qədər Ciddə və Dəhranda da yeni lisenziyalı satış məntəqələrinin açılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO