AYNA-nın şirkətlərə yazdığı cərimələri məhkəmə LƏĞV ETDİ

AYNA-nın şirkətlərə yazdığı cərimələri məhkəmə LƏĞV ETDİ

Hazırda oxunan: AYNA-nın şirkətlərə yazdığı cərimələri məhkəmə LƏĞV ETDİ

584568

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən "AEM Elektron" MMC və "Foodini" MMC barəsində tərtib olunmuş inzibati protokollar məhkəmə tərəfindən ləğv edilib.

Bizim.Media xəbər verir ki, AYNA hər iki şirkətin yük avtomobillərini idarə edən sürücülərinin reysqabağı tibbi müayinədən keçmədiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə 2 min manat cərimə tətbiq etmişdi.

Xətai Rayon Məhkəməsi "AEM Elektron" MMC-ni, Səbail Rayon Məhkəməsi isə "Foodini" MMC-ni həmin maddə üzrə cərimə qərarı qəbul etmişdi.

Hər iki şirkət protokolların və məhkəmə qərarlarının əsassız olduğunu bildirərək apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin edib, qərarlar ləğv olunub.

Qeyd edilib ki, şirkətlər öz nəqliyyat vasitələri ilə işçilərin və ya yüklərin daşınmasını öz hesabına həyata keçirən hüquqi şəxslər olduqlarından İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə inzibati xəta subyekti hesab edilə bilməzlər.

Nəticədə AYNA tərəfindən tərtib edilən cərimələr tamamilə qüvvədən düşüb. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO