Bioloji aktiv qida məhsullarına dair YENİ TƏLƏB

Bioloji aktiv qida məhsullarına dair YENİ TƏLƏB

Hazırda oxunan: Bioloji aktiv qida məhsullarına dair YENİ TƏLƏB

584480

Bioloji aktiv qida məhsullarına dair yeni tələb müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”ndə dəyişiklik edib.

Qərara əsasən, məhsulun qablaşdırılmasının üzərində və onların istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözləri yazılmalı, həmçinin “Uşaqların əli çatmayan yerdə saxlayın” məlumatı əks etdirilməli və onların bioloji aktiv qida məhsullarına aid olması göstərilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO