Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu – FOTO

Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu – FOTO

Hazırda oxunan: Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu – FOTO

584463

Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Fiat” markalı avtomobilin sürücüsü Kamal Məmmədov manevr etmə qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı K.Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.

Nəticədə sürücünün marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO