Şagirdlərin tüstündən zəhərləndiyi məktəbdə kombi sistemi var imiş – FOTO

Şagirdlərin tüstündən zəhərləndiyi məktəbdə kombi sistemi var imiş – FOTO

Hazırda oxunan: Şagirdlərin tüstündən zəhərləndiyi məktəbdə kombi sistemi var imiş – FOTO

584444

Xəbər verdiyimiz kimi, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub, nəticədə 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bizim.Media “Teleqraf.az”a istinadən xəbər verir ki, pelet sobasının istifadə olunduğu məktəbdə kombi sistemi quraşdırılıb.

Bir ilə yaxındır kombi sistemi quraşdırılsa da, bundan istifadə edilməyib.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən səbəb kimi hələ məktəbdə qazlaşdırılma prosesinin başa çatmadığı qeyd olunub.

Ancaq o da bəlli olub ki, məktəbin mərkəzləşdirilmiş istixanası mövcuddur.
 

Araşdırma nəticəsində o da müəyyən edilib ki, sözügedən məktəb “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”a daxil edilib. Həmin dövlət proqramında Aşağı Noxudlu kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub.


Lakin təqdim etdiyimiz fotolarda əsaslı təmirdən heç bir əsər-əlamət yoxdur. Layihənin icraçılarından biri də yerli icra hakimiyyəti olub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO