Bu telekanallar 1000 manatadək cərimə oluna bilər – XƏBƏRDARLIQ

Bu telekanallar 1000 manatadək cərimə oluna bilər – XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu telekanallar 1000 manatadək cərimə oluna bilər – XƏBƏRDARLIQ

584427

“Verilişlərin monitorinqi çətin məsələdir. Hər gün televiziya və radiolarda 800 saatlıq məhsul efirə verilir. Bizdə isə monitorinq şöbəsində cəmi 6 nəfər çalışır. Fiziki olaraq 6 nəfərin 15 televiziya, 20 radioda günlük 800 saatlıq məhsulu izləməyi və qeyd etməyi mümkün deyil. 

Biz danışıq apardığımız şirkət tərəfindən yaradılan süni intellektdən istifadə etməklə 40-a yaxın ən tez istifadə olunan əcnəbi sözlərin siyahısını hazırladıq. Noyabrda iki həftə ərzində monitorinq etdik. Hardasa aparıcılar tərəfindən 3 minə yaxın bu sözlərdən istifadə olunub. Misal üçün “okay” 104 dəfə sözü işlənib”. 

Bizim.Media xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, yanvar ayından bununla bağlı televiziya kanalları və radiolara məlumat veriləcək:
 

“Biz bu sözləri toplayaraq yanvar ayından başlayaraq kanallara göndərəcəyik. İlk üç ay ərzində məlumat kimi verəcəyik ki, bundan aparıcılar özləri nəticə çıxarmalıdırlar. Üç aydan sonra Şura dil haqqında qanundan irəli gələrək müəyyən tədbirlər görəcək. Qanunvericilikdə 500 manatdan 1000 manatadək cərimələr də nəzərdə tutulub.


Biz istəmirik ki, medianı cərimə edək. Onsuz da vəziyyət maddi baxımdan kifayət qədər çətindir. Amma biz bunu etməyə məcburuq, çünki başqa çıxış yolu yoxdur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO