“Hamı kimi mən də Prezidentin AMEA-nın 80 illik yubileyindəki çıxışının təsiri altındayam. Çıxışı dinlədikcə düşünürdüm, burada qaldırılan məsələlər çox vacibdir, bu, öz yerində. Ondan da əhəmiyyətlisi odur ki, Dövlət başçısı belə səlis, rəvan, zəngin Azərbaycan dilində danışır”.
Bizim.Media xəbər verir ki, bunu AYB sədri Anar Rzayev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.
Sədr Prezidentin rus dilində təhsil almasına rəğmən, Azərbaycan dilində səlis danışdığını vurğulayıb:
“Bu, niyə vacibdir? Çünki cənab İlham Əliyev orta məktəbi də, ali məktəbi də rus dilində bitirib və uzun zaman Moskvada yaşayıb. Amma dilin bütün imkanlarından, leksik zənginliyindən istifadə edərək, ifadələri yerli-yerində işlətmək qabiliyyətini nümayiş etdirərək Azərbaycan dilində belə gözəl danışır, mən bununla fəxr edirəm”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:57 / 08.12.2025
Anar: “Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır”
Hazırda oxunan: Anar: “Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır”
Hazırda oxunan: Anar: “Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır”
584424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































