Yasamal rayonunun M.Seyidov küçəsində 21 noyabrda baş verən yanğında xəsarət alan Ləman Qulamova komadan çıxdıqdan sonra sağalmağa doğru irəliləyir.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə Ləmanın ailəsinin yaxını, jurnalist Xəyalə Rəis məlumat yayıb.
“Ləmanı Yeni Klinikaya gətirdiyimiz zaman onun ürəyi bir neçə dəfə dayanmışdı və yaşamaq şansı çox az idi. Amma çox şükür ki, gözlədiyimiz möcüzə baş verdi – Ləman ayıldı. Hazırda vəziyyəti yaxşılaşır: danışır, qidalanır və özünü daha yaxşı hiss edir.
O, hər birinizə salam göndərir. Dualarınızın onunla olduğunu bilir və hər birinizə təşəkkürünü bildirir. Biz Yeni Klinikanın bütün kollektivinə, xüsusilə Ləmanı müalicə həkimi Emil Qasımova və klinikanın direktoru Barat Yusubova sonsuz təşəkkürümüzü bildiririk”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Ləman Qulamova yuxarıda adı çəkilən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.
Bizim.Media

































































































