Göygöldə avtomobil aşdı - Ölən və xəsarət alan var

Göygöldə avtomobil aşdı - Ölən və xəsarət alan var

Hazırda oxunan: Göygöldə avtomobil aşdı - Ölən və xəsarət alan var

584325

Göygöldə ağır qəza olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Niva" markalı minik avtomobili sürücünün idarəetməni itirrməsi nəticəsində yol kənarına aşıb.

Nəticədə bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə xəsarət alıb.

Qəza zamanı avtomobil ciddi deformasiyaya uğrayıb.
 

Əraziyə dərhal FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub.


Həlak olanın və xəsarət alanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO