Sabiq hakimlərlə bağlı qərarda CİDDİ DƏYİŞİKLİK – Bu norma ləğv olundu 

Sabiq hakimlərlə bağlı qərarda CİDDİ DƏYİŞİKLİK – Bu norma ləğv olundu 

Hazırda oxunan: Sabiq hakimlərlə bağlı qərarda CİDDİ DƏYİŞİKLİK – Bu norma ləğv olundu 

58428

Səlahiyyətlərinə xitam verilən hakimlərin fəaliyyətdə olduqları zaman törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün Məhkəmə Hüquq Şurasından və ya Konstitusiya Məhkəməsindən razılıq alınması barədə norma ləğv edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun sorğusu əsasında Konstitusiya Məhkəməsinin Plenumu qərar verib. 

Baş Prokurorluq sorğu verərək Konstitusiyanın 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” qanunun 100-cü, 101-ci maddələri və Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini istəyib. 

Pelenumun qəbul etdiyi qərarda deyilir ki, Konstitusiyanın 128-ci maddəsinin II hissəsinin mənasına görə, Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə (təqdimatın rədd edilməsinə) dair qərarı hakim barəsində cinayət təqibinin həyata keçirilməsini istisna edir. 

Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə nəzərdə tutulmuş bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma halları istisna olmaqla, hakim həm səlahiyyəti dövründə, həm də səlahiyyətinə xitam verildikdən sonra fəaliyyətinə, qəbul etdiyi qərarlarda ifadə etdiyi mövqelərə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz. 

Hakimin səlahiyyətlərinə xitam verildikdən sonra aşkar edilən, lakin onun səlahiyyəti dövründə törədilən cinayət əməlinə görə (funksional toxunulmazlıq ilə bağlı hallar istisna olmaqla) sabiq hakim barəsində cinayət təqibi ümumi əsaslarla cinayət-prosessual qanunvericiliyə əsasən həyata keçirilir. Bu zaman Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin razılığı tələb olunmur. 

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. 

Bu məsələnin qanunvericilikdə tənzimlənməsi Milli Məclisə də tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO