Xəbər verdiyimiz kimi, Biləsuvardakı dəhşətli qəzada həlak olanlardan ikisi qardaşdır.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Vasif Həsənli bir neçə aydır əsgərlikdən gəlibmiş.
Rusif Həsənli isə ailəli idi.
Bəydili kənd sakini olan Əliqardaş Rəsulzadə isə yaxın günlərdə hərbi xidmətə gedəcəkmiş.
Fotoda: Vasif və Rusif Həsənli
.jpg)
Fotoda: Əliqardaş Rəsulzadə
.jpg)
Fotoda: Məhəmməd Məmmədəli
.jpg)
Qeyd edək ki, Biləsuvarda "Lexus" markalı minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində 5 nəfər ölüb.
Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.
Bizim.Media
































































































