Havaların quraq keçməsi Şəkidə əkin sahələrinə necə təsir edir? - FOTO

Havaların quraq keçməsi Şəkidə əkin sahələrinə necə təsir edir? - FOTO

Hazırda oxunan: Havaların quraq keçməsi Şəkidə əkin sahələrinə necə təsir edir? - FOTO

584243

Payız ayları gələndən Şəkidə hava şəraitinin əsasən mülayim və yağmursuz keçməsi əkin sahələrində zərərvericilərin aktivliyi ilə müşahidə olunur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkəmizin ən iri taxılçılıq rayonlarından olan Şəkidə siçanabənzər gəmiricilərlə aktiv mübarizə aparılır.
 

Şəki Regional Btki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları rayonun Turan qəsəbəsinin, Çayqaraqoyunlu və Şəki kəndlərinin əkin sahələrində müşahidələr aparmaqla yanaşı zərərvericilərin məhv olunması istiqamətində mütəmadi iş aparır.


Mərkəzdən bildirilib ki, fermer və sahibkarların əkin sahələrində müşahidələr davam etdirilir, gəmiricilərin ocaqları aşkarlanaraq onların məhv edilməsi istiqamətində işlər davam etdirilir.

 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO