Meksikada yaşayan 45 yaşlı Kim Adams öz ad günündə – 1 noyabr, “Ölülər Günü”ndə özünə toy edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Puerto-Vallarta çimərliyində keçirilən mərasimdə Kim ağ gəlinlik geyinib, dostlarının iştirakı ilə özünə sadiqlik andı içib.
Onun bu qərarı illərlə yaşadığı uğursuz və zorakı münasibətlərdən sonra özünə hörmət və özünü sevmə aktı kimi qiymətləndirilir. Kim sevgilisi Eduardoya toy edəcəyini deyəndə, o bunu dəstəkləyib və mərasimdə iştirak edib.
Kim mərasimdə özünə “həyatımı qoruyacağam, öz ehtiyaclarımı üstün tutacağam və öz sevincimi müdafiə edəcəyəm” kimi andlar verib. Anasından ona qalmış üzüyü də “özümə sədaqətin” rəmzi kimi barmağına taxıb.
Mərasimdən sonra dostları ilə birgə əylənən Kim deyib: “Özümə heç vaxt xəyanət etməyəcəyəm və özümlə heç vaxt boşanmayacağam.”
Bizim.Media
































































































