Turş konfet panika üçün sadə HƏLL YOLUDUR

Turş konfet panika üçün sadə HƏLL YOLUDUR

Hazırda oxunan: Turş konfet panika üçün sadə HƏLL YOLUDUR

584209

Mütəxəssislər bildirirlər ki, narahatlıq və panika zamanı düşüncələr sürətlənir, bədən isə donur. Bu zaman diqqəti indiki an üzərinə cəmləmək üçün sadə üsullardan biri — çox turş dadlı konfet yeməkdir.

Bizim.Media xəbər verir ki, kliniki psixoloqlar izah edirlər ki, turş dad beynin sensor sistemi vasitəsilə ani reaksiya yaradır.

Bu, diqqəti qarışıq düşüncələrdən ayıraraq bədəni və zehni indiki anla əlaqələndirir. Nəticədə ürək döyüntüsü normallaşır, nəfəs tənzimlənir və insan özünü daha stabil hiss edir.

Psixoloqlar vurğulayır ki, bu üsul müalicə əvəzi deyil, lakin panika zamanı qısa müddətdə “özünü toparlama” üçün faydalıdır. Onlar bunu “diqqət cəmləmə texnikası” adlandırır və gündəlik stressin idarə edilməsində sadə və əlçatan üsul kimi tövsiyə edirlər.

Bu metod ilə bağlı araşdırmalar “Science Nature Page” və kliniki psixoloqların elmi nəşrlərində yer alıb. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO