Yevlaxda ötən gün baş verən yanğın hadisəsində daha bir nəfər həyatını itirib.
MÖVZU İLƏ BAĞLI:
Yevlaxda yanğında ölən qadın şəhid anasıdır – TƏFƏRRÜAT/ÖZƏL
Bizim.Medianın yerli bürosunun məlumatına görə, yaralananlar arasında 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki Kamran Mehdiyev Birinci Qarabağ müharibəsi şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin qardaşıdır. Ötən gün baş verən yanğında onun anası Nərgiz Mikayılova da həlak olub.
Xatırladaq ki, Yevlax şəhərində 83 yaşlı Mikayılova Nərgiz Savalan qızına məxsus şəhərin S.Vurğun küçəsi bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsi yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə yanıb.
Yanğın nəticəsində mənzilin sahibi və oğlu ölüb. Yevlax şəhər sakini, 60 yaşlı Vahabova Yasəmən Mayıl qızı yanıq xəsarətləri alıb.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu


































































































