Müasir dünyanın gərginliyi və qeyri-sabitliyi kişi və qadın arasındakı münasibətlərə də təsir göstərir, bu da ailədaxili münaqişələrə və boşanmalara gətirib çıxarır.
Bizim.Media xəbər verir ki, yeni tədqiqatlar göstərir ki, ərin mehriban və sağlam olması, ər-arvad arasında yaranan münaqişələrin qarşısının alınmasında və evliliyin möhkəmlənməsində demək olar ki, həlledici rol oynayır.
Alimlər qeyd edirlər ki, eyni xüsusiyyətlər qadına aid olduqda, uzun müddətdir birlikdə yaşayan cütlüklərdə konfliktlərin həlli üçün o qədər də böyük rol oynamır.
Tədqiqat ABŞ-də aparılan sorğuya əsaslanır və 63–90 yaş arası 953 heteroseksual cütlüyün münasibətlərinin analizi ilə bağlıdır. Sorğuda iştirak edənlərin münasibətlərinin orta müddəti 39 il olub.
İştirakçılardan özlərini, xarakterlərini, həyat təcrübələrini, qayğılarını və həyat yoldaşları ilə münasibətlərini təsvir etmələri xahiş edilib. Tədqiqatçılar bildiriblər ki, ərlərinin daha yaxşı psixoloji və fiziki sağlamlığa malik olduğunu söyləyən qadınlar, sağlamlıq problemi və ya psixoloji qeyri-sabitliyi olan ərlərə malik qadınlara nisbətən daha az münaqişə barədə danışıblar.
Alimlər əlavə edirlər ki, məhz insanın fiziki və psixoloji sağlamlığı onun əhvalına, yaxın insana münasibətinə, evliliklərinə və ümumilikdə həyata baxışına təsir göstərir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:35 / 06.12.2025
BİLİRDİNİZMİ: Uğurlu evliliyin sirri kişinin sağlamlığından asılıdır
Hazırda oxunan: BİLİRDİNİZMİ: Uğurlu evliliyin sirri kişinin sağlamlığından asılıdır
Hazırda oxunan: BİLİRDİNİZMİ: Uğurlu evliliyin sirri kişinin sağlamlığından asılıdır
584204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































