Avstraliyalı alimlər tərəfindən aparılan araşdırmalar göstərib ki, ənənəvi ingilis səhər yeməyinin əsas hissəsi olan yulaf sıyığının tez-tez qəbulu sümük toxumasının zəifləməsinə səbəb olur.
Bizim.Media xəbər verir ki, mütəxəssislərin fikrincə, yulaf sıyığına həddindən artıq aludəçilik sağlamlıq problemlərinə yol açır.
Buna səbəb yulaf lopalarında olan fitin turşusudur. Bu turşu insan orqanizmində kalsiumun normal mənimsənilməsinə mane olur — kalsium daim sümüklərdən yuyulur və bağırsaqlarda lazımi səviyyədə sorulmur. Bu halda müxtəlif bioloji əlavələrin qəbulu da vəziyyəti dəyişmir.
Kalsium çatışmazlığı isə sümüklərin daha kövrək olmasına və tez-tez sınıqların, çatların yaranmasına səbəb olur.
Alimlər əlavə edirlər ki, yulaf sıyığının əlbəttə ki, üstünlükləri də var: mədənin işinin normallaşması, ürək-damar sisteminə müsbət təsir və immunitetin möhkəmlənməsi. Lakin onlar bildirirlər ki, səhərlər iki həftə yulaf yeməkdən sonra ən azı 14 günlük fasilə verilməlidir. Bu fasilədən sonra yulafı yenidən rasiona daxil etmək olar. Yalnız bu halda o, sağlamlığa zərər verməyəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:49 / 06.12.2025
Yulafın sağlamlıq üçün zərərləri - ARAŞDIRMA
Hazırda oxunan: Yulafın sağlamlıq üçün zərərləri - ARAŞDIRMA
Hazırda oxunan: Yulafın sağlamlıq üçün zərərləri - ARAŞDIRMA
584174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































