"ADIS Azerbaijan" şirkəti premium motor yağları brendi "Pakelo"nu təqdim etdi - FOTO

"ADIS Azerbaijan" şirkəti premium motor yağları brendi "Pakelo"nu təqdim etdi - FOTO

Hazırda oxunan: "ADIS Azerbaijan" şirkəti premium motor yağları brendi "Pakelo"nu təqdim etdi - FOTO

584163

2025-ci ilin dekabrın 3-də "ADIS Azerbaijan" şirkətinin təşkilatçılığı ilə İtaliyanın premium sürtkü yağı "Pakelo" brendinin Azərbaycanda rəsmi təqdimat mərasimi keçirildi.

Bizim.Media xəbər verir ki, tədbirdə məşhur ifaçılar, avtomobil sahəsinin aparıcı simaları və media nümayəndələri iştirak etdi.

Təqdimat mərasimində qonaqlara "ADIS Azerbaijan" şirkətinin fəaliyyəti, illər boyunca formalaşmış təcrübəsi və regional mövqeyi barədə məlumat verildi. ADIS Azerbaican şirkətinin təsisçisi Elçin Məmmədov şirkətin avtomobil sektorunda atdığı yeni addımlardan və "Pakelo" brendinin Azərbaycanda güclü mövqe qazanacağına olan inamından danışdı.

Tədbirin ən diqqətçəkən anı "ADIS Azerbaijan" və "Pakelo Motor Oil" arasında eksklüziv distribütorluq müqaviləsinin imzalanması oldu. Saziş Elçin Məmmədov və Alberto Polacco tərəfindən imzalanaraq iki şirkət arasında rəsmi əməkdaşlığın formalaşdığını təsdiqlədi.

"Pakelo" brendinin Azərbaycanda təqdim olunması ilə premium motor yağlarına olan tələbatın yeni mərhələyə yüksələcəyi, sürücülər və avtomobil həvəskarları üçün daha keyfiyyətli seçimlərin yaranacağı gözlənilir. Bu addım ölkənin avtomobil bazarında keyfiyyət standartlarının daha da yüksəlməsinə mühüm töhfə verəcək.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO