Bakıda 100 ildən çox yaşı olan binada BEŞ MİLYONLUQ XƏZİNƏ qorunur - FOTO

Bakıda 100 ildən çox yaşı olan binada BEŞ MİLYONLUQ XƏZİNƏ qorunur - FOTO

Hazırda oxunan: Bakıda 100 ildən çox yaşı olan binada BEŞ MİLYONLUQ XƏZİNƏ qorunur - FOTO

584160

Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub.

Bizim.Media PhotoStock.az-a istinadən xəbər verir ki, 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarla yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb.
 

Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.


Bu gün beş milyon nüsxəyə yaxın fondu olan kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib və beynəlxalq kitabxana təşkilatlarında uğurla təmsil olunmağa başlayıb.

Milli Kitabxana dünyanın 55 ölkəsinin zəngin kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalayıb, bu kitabxanalarla fəal kitab, informasiya və təcrübə mübadiləsini həyata keçirir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO