Prezident Bakı Ali Neft Məktəbinin tələbəsinin sualını bu cür cavablandırdı – VİDEO  

Prezident Bakı Ali Neft Məktəbinin tələbəsinin sualını bu cür cavablandırdı – VİDEO  

Hazırda oxunan: Prezident Bakı Ali Neft Məktəbinin tələbəsinin sualını bu cür cavablandırdı – VİDEO  

58415

Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olan Güllü Hüseynli ilk öncə gənclərə ayrılan diqqətə görə Prezidentə təşəkkür edib. 

Güllü Hüseynlinin sualı isə bu cür olub: 

“Biz artıq Dördüncü Sənaye İnqilabı dövrünü yaşayırıq və yeni texnologiyalara, metodlara, innovasiyalara tələbat artır. Bəs Siz bu inqilab dövrünün çağırışları haqqında nə düşünürsünüz və mənim kimi, gənc sahibkar olmaq istəyən şəxslərə nə məsləhətlər verə bilərsiniz?” 

Suala cavab olaraq, Prezident Dördüncü Sənaye İnqilabı artıq reallıq olduğunu və Azərbaycanın bu prosesdən geridə qalmamaq üçün bu istiqamətdə addımlar atdığını qeyd edib. 

İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün imzalanan müvafiq sənədə də diqqət çəkib. 

İlham Əliyev Azərbaycanın milli dəyərlər üzərində qurulmuş, eyni zamanda dünyaya açıq ölkə olduğunu vurğulayıb: 

“Əlbəttə ki, biz dünyada gedən bütün müsbət meyillərə açıq olmalıyıq, texnologiyaları Azərbaycana gətirməliyik, bütün sahələrdə ən müasir metodları, üsulları Azərbaycanda tətbiq etməliyik, müasirləşmə bu deməkdir. Bayaq qeyd etdiyim kimi, biz milli dəyərlər üzərində qurulmuş güclü dövlət, eyni zamanda, dünyaya açıq, özünə qapanmayan və ən mütərəqqi texnologiyaları və innovasiyaları gətirən və burada tətbiq edən ölkəyik. Yəni, biz buna çalışırıq, siyasətimiz budur”. 

Prezident fikirlərinin davamında, Dördüncü Sənaye İnqilabına uyğunlaşmağın vacibliyini qeyd edərək, bu istiqamətdə görülməli olan işlərə də diqqət çəkib. 

Həmin görüntüləri təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO