Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

Hazırda oxunan: Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

584133

Nazirlər Kabinetinin ötən həftə qəbul etdiyi qərarla hərbi xidmətə çağırışda bir sıra yeniliklər edilib.
 

Qeyd edək ki, yeniliklər “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklikdə öz əksini tapıb. Sənəd Baş nazir Əli Əsədov tərəfindən imzalanıb və çağırışaqədər yaşda olan gənclərlə çağırışçıların tibbi müayinəsi prosesinə yeni tənzimləmələr gətirir.


Əvvəlki qaydada tibbi müayinə zamanı diaqnozun dəqiqləşdirilməsinə və ya müalicəyə ehtiyac yarandıqda gənclər yalnız əlavə ambulator və ya stasionar müayinələrə və ya lazım gəldikdə müalicəyə göndərilirdi.

Bizim.Media xəbər verir ki, yeni dəyişiklik müalicə məsələsini daha konkret və məcburi hala gətirir.

Dəyişikliyə əsasən, tibbi müayinə nəticələri diaqnozun dəqiqləşdirilməsini tələb etdikdə həmin şəxslər əvvəlki kimi tibb müəssisələrinə əlavə müayinəyə göndəriləcək.
 

Lakin gənc “hərbi xidmətə müvəqqəti yararsız” hesab olunarsa, artıq o, tibb müəssisələrində mütləq qaydada müalicəyə cəlb ediləcək. Bu müalicənin maliyyə təminatı da dəqiqləşdirilib.


Proses dövlət büdcəsinin vəsaiti hesabına, xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO