Ov tüfəngi ilə ehtiyatsız davranan Qax sakini XƏSTƏXANALIQ oldu

Ov tüfəngi ilə ehtiyatsız davranan Qax sakini XƏSTƏXANALIQ oldu

Hazırda oxunan: Ov tüfəngi ilə ehtiyatsız davranan Qax sakini XƏSTƏXANALIQ oldu

584125

Qax sakini ov tüfəngi ilə ehtiyatsız davrandığından xəsarət alıb. Hadisə rayonun baydarlı kəndi ərazisndəki otlaqda baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax rayon sakini 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.


Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO