Saç düzümümüz özünəinamımıza böyük təsir göstərir. Seyrəlmə və ya saç tökülməsi normal, təbii bir prosesdir. Lakin bəzən bu nəyinsə xəbərçisi ola bilər. Mütəxəssislər hesab edirlər ki, qəfil saç tökülməsi gözardı edilməməlidir, o bəlkə də sağlamlığınızdakı problemlərinin göstəricisidir.
Bizim.Media “The Daily Express”ə istinadən xəbər verir ki, saç tökülməsi müxtəlif səbəblərdən baş verə bilər.
Bəzən saç tökülməsi daimi olur. Məsələn, bu valideynlərdən miras qalan bir tipik hadisə də ola bilər. Lakin çox vaxt saç tökülməsi ağır stress, xəstəlik, dəmir çatışmazlığı, qəfil çəki itkisi və ya xərçəng müalicəsi kimi xarici amillərdən qaynaqlanır.
İnsanlar saçlarının vəziyyəti ilə bağlı narahat olduqda və ya onu yaxşılaşdırmaq istədikdə, tez-tez sosial mediada məsləhət və fikirlər axtarır, təcrübələrini başqaları ilə bölüşürlər.
Mütəxəssislər gündəlik pəhrizinizin və istehlak etdiyiniz içkilərin saçınızın sağlamlığına əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayırlar.
Diyetoloq Vinni Kodamala yuxu rejiminin pozulmasının, qaranlıqda daha çox yemək yeməyin və şəkərə olan istəyin artmasının saçların uzanmasına necə təsir edə biləcəyini izah edib:
"Günlər qısaldıqca, xüsusən də gecələr daha az təbii işığa və daha çox süni işığa məruz qalırıq ki, bu da daxili bioloji saatımızı poza bilər".
O izah edib ki, daxili saatımız pozulduqda hormonal və insulin ritmləri pozulur. Bu da öz növbəsində maddələr mübadiləsinə və qan qlükoza səviyyələrinə təsir göstərir. Nəticədə, biz daha çox şirin və ya yağlı qidalara can atırıq.
"Saç tökülməsindən narahat olan insanlar şəkər qəbuluna diqqət yetirməlidirlər."
Çünki artıq şəkər mədəaltı vəzinin daha çox insulin istehsal etməsinə səbəb olur ki, bu da baş dərisindəki qan damarlarına mənfi təsir göstərə bilər", - deyə Kodamala qeyd edib.
Surxay Atakişiyev, Bizim.Media
































































































