Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
Naibə Məmmədova, Bizim.Media
*** 15:55
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.
Bu barədə Bizim.Media-ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
"Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır", - məlumatda qeyd olunub.
*** 15:34
Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.
20 şagirdin məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:08 / 05.12.2025
Salyanda məktəbdə 17 nəfər tüstüdən ZƏHƏRLƏNDİ – YENİLƏNİB - FOTO
Hazırda oxunan: Salyanda məktəbdə 17 nəfər tüstüdən ZƏHƏRLƏNDİ – YENİLƏNİB - FOTO
Hazırda oxunan: Salyanda məktəbdə 17 nəfər tüstüdən ZƏHƏRLƏNDİ – YENİLƏNİB - FOTO
584017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






















































































