Xəbər verildiyi kimi Yevlaxda yanğın hadisəsi baş verib. Şəhər ərazisində evdə baş vermiş yanğın hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər yanıq xəsarətləri alıb. Xəsarət alanlar Yevlax rayon mərkəzi xəstəxanasına (RMX) çatdırılıb.
Yevlaxda yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, 83 yaşlı Mikayılova Nərgiz Savalan qızına məxsus şəhərin S.Vurğun küçəsi bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsi yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə yanıb.
Yanğın nəticəsində mənzilin sahibi ölüb. Yevlax şəhər sakinləri, 60 yaşlı Vahabova Yasəmən Mayıl qızı və 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu xəsarət alıblar.
Yanğın zamanı ölən Mikayılova Nərgiz Savalan qızı Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiyev Məhəmmədəli Mayıl oğlunun anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:29 / 05.12.2025
Yevlaxda yanğında ölən qadın şəhid anasıdır – TƏFƏRRÜAT/ÖZƏL
Hazırda oxunan: Yevlaxda yanğında ölən qadın şəhid anasıdır – TƏFƏRRÜAT/ÖZƏL
Hazırda oxunan: Yevlaxda yanğında ölən qadın şəhid anasıdır – TƏFƏRRÜAT/ÖZƏL
583973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































