Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI - VİDEO

Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI - VİDEO

Hazırda oxunan: Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI - VİDEO

583935

Torpaqların qiyməti qalxıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə xeyli artım var.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, zaman keçdikcə torpaq sahələrinin sayı azalır. 

Buna görə də qiymətlər yüksəlir. 

Hazırda artım Səbail rayonunda 41%, Yasamalda 38%, Nəsimidə isə 27%-dir. Səbail rayonunda bir sot torpağın orta qiyməti 425 002 manat təşkil edir. Yasamalda bu rəqəm 209 258, Nəsimi rayonunda isə orta qiymət 298 028 manatdır.

Əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlak bazarında kəskin bahalaşma var. Torpaqların qiyməti sürətlə artır. Səbail, Nəsimi və Yasamal rayonları ilə yanaşı, hazırda digər rayonlarda da qiymət artımı müşahidə olunur.

O qeyd edib ki, Xətai rayonunda inşa olunan "Ağ Şəhər" layihəsi ilə bağlı bu ərazidə olan torpaqların qiyməti də son 1 il ərzində 50% artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO