Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Tanrıqulular kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ” markalı minik avtomobili “Qazel” markalı yük maşını ilə toqquşub.
Qəza zamanı avtomobildə olan 2001-ci il təvəllüdlü Qənifə Bayramova, 1959-cu il təvəllüdlü Nailə Bayramova və 1971-ci il təvəllüdlü Nofəl İsmayılov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Bizim.Media
































































































