Limonlu su içənlərin bədənində nələr dəyişir?

Limonlu su içənlərin bədənində nələr dəyişir?

Hazırda oxunan: Limonlu su içənlərin bədənində nələr dəyişir?

583924

Hər gün limonlu su içməyin bədənə necə təsir etdiyi ilə bağlı mütəxəssislər yeni açıqlama veriblər.

Bizim.Media xəbər verir ki, son illərdə həm səhərlər, həm də gün ərzində təravət almaq üçün seçilən limonlu su dietoloqlar tərəfindən su qəbulunu artırması və aşağı kalorili olması səbəbindən tez-tez tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, limonlu su müntəzəm içildikdə orqanizmdə bir sıra müsbət təsirlər yarada bilər.

Diyetoloqlar suya limon əlavə etməyin həm dadı yaxşılaşdırdığını, həm də daha çox su içməyi asanlaşdırdığını deyirlər. Bu isə maye balansının qorunması, böyrək daşlarının qarşısının alınması və həzm prosesinin yaxşılaşması kimi bir çox faydalar verir.
 

Mütəxəssislər bildirirlər ki, kifayət qədər maye qəbulu qanda qida maddələrinin daşınması və tullantıların xaric olunması üçün vacibdir. Limonlu suyun istifadəsi isə adi su qəbulunu artırmaq üçün praktik üsul hesab edilir.


Limon C vitamini ilə zəngin olduğuna görə immuniteti gücləndirir, kollagen istehsalını dəstəkləyir və qidalardan dəmirin daha yaxşı sorulmasına kömək edir. C vitamini həmçinin sərbəst radikallarla mübarizə aparan güclü antioksidandır. Sitrus meyvələrində olan sitrat bəzi növ böyrək daşlarının yaranmasının qarşısını ala bilər.

Mütəxəssislər suya limon əlavə etməyin bu qoruyucu təsiri gücləndirdiyini qeyd edirlər.

Aparılan araşdırmalar limon suyunun həzmi dəstəkləyə biləcəyini göstərir.

Limonun tərkibindəki flavanonlar iltihabı azaldır və həzm sisteminin daha yaxşı işləməsinə kömək edir. Limon turşusu mədə şirəsinin ifrazını artıraraq qidanın parçalanmasını asanlaşdıra bilər.
 

Mütəxəssislər həmçinin limonlu suyun çəki nəzarətinə də müsbət təsir göstərə biləcəyini bildirirlər. Su toxluq hissini artırdığı üçün yemək zamanı daha az kalori qəbul etməyə kömək edir. Lakin vurğulanır ki, limonlu su təkbaşına arıqladan vasitə deyil və yalnız sağlam qidalanma və aktiv həyat tərzi ilə birlikdə təsir göstərir.


Xatırlatma olaraq bildirilir ki, limonlu suyun gündəlik istifadəsi ilə bağlı xüsusi sağlamlıq vəziyyəti olan şəxslər əvvəlcə həkimləri ilə məsləhətləşməlidirlər. (e-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO