Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var

Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var

Hazırda oxunan: Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var

583905

Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:


"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO