Qusarda unudulmaz GÜN - Müharibə qəhrəmanları və əlilliyi olan şəxslər BİR ARADA – VİDEO

Qusarda unudulmaz GÜN - Müharibə qəhrəmanları və əlilliyi olan şəxslər BİR ARADA – VİDEO

Hazırda oxunan: Qusarda unudulmaz GÜN - Müharibə qəhrəmanları və əlilliyi olan şəxslər BİR ARADA – VİDEO

583858

3 dekabr – Beynəlxalq Əlilliyi olan şəxslər günü Qusarda xüsusi təntənə ilə qeyd olunub. Qarabağ və Vətən Müharibəsi iştirakçıları üçün təşkil olunan tədbirdə rayon icra başçısı, Vətən müharibəsi iştirakçıları, qazilər, fiziki qüsurlu şəxslər və deputatlar iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə gənc rəssam, 3-cü qrup əlil Orxan Bəkirovun foyedə qoyulmuş "Döyüş bayrağı əsəri ilə tanış olublar. Tablo tamamlandıqdan sonra rayonda onun rəsm guşəsinin açılacağı bildirilib.

Tədbirdə çıxış edən rayon icra başçısı Sahir Məmmədxanov ölkədə əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb:

Milli Məclisin üzvü Azər Badamov da Qarabağ və Vətən müharibələrində xəsarət almış şəxslərə daha güclü olmalarını tövsiyə edib.

Birinci Qarabağ Müharibəsinin və "Horadiz"əməliyyatının iştirakçısı, Qırmızı Əmək Bayrağı ordenli, ehtiyatda olan polkovnik Şair Ramaldanov Vətən Müharibəsi qəhrəmanı, ehtiyatda olan mayor Renat Şıxnəbiyev, Birinci Qarabağ Müharibəsi əlili Səmayə Bədəlova, Birinci Qarabağ Müharibəsi iştirakçısı, Qusar şəhər bələdiyyəsinin sədri Təlim Yarmətov və digərləri döyüş xatirələrindən söz açıblar.

Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunan tədbir Qusar Mədəniyyət Mərkəzinin və Qusar Dövlət Ləzgi Dram teatrının əməkdaşlarının ifasında vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri və gözəl rəqslərlə davam edib.

İfa edilən mahnı və rəqslər əlilləri nəinki şənləndirib, onların bir anlıq qayğı və problemlərini unutdurub.

Bizim.Media videosüjeti təqdim edir:


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO