Laçın və Kəlbəcərdəki yanğınlara helikopterlər cəlb olundu – YENİLƏNİB/VİDEO

Laçın və Kəlbəcərdəki yanğınlara helikopterlər cəlb olundu – YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Laçın və Kəlbəcərdəki yanğınlara helikopterlər cəlb olundu – YENİLƏNİB/VİDEO

583853

Kəlbəcər və Laçın rayonlarında yanğın dağlıq ərazilərdə mürəkkəb relyefli ərazidədir.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 

Qeyd olunub ki, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirir.


FHN adıçəkilən rayonlarda yanğınla mübarizə tədbirləri davam etdirildiyini və bunun fasiləsiz olaraq həyata keçirildiyini bildirib.

***16:35

Laçın və Kəlbəcər rayonlarında yanğın baş verən dağlıq ərazilərə helikopterlər cəlb olunub.

Bizim.Media xəbər verir ki, alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO