Kino Agentliyinin istifadə etmədiyi 5 milyon manat hara XƏRCLƏNƏCƏK? – Rəsmi AÇIQLAMA

Kino Agentliyinin istifadə etmədiyi 5 milyon manat hara XƏRCLƏNƏCƏK? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Kino Agentliyinin istifadə etmədiyi 5 milyon manat hara XƏRCLƏNƏCƏK? – Rəsmi AÇIQLAMA

583849

Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirələri zamanı Azərbaycan Kino Agentliyinə vəsaitin ayrılmaması məsələsi qaldırılıb. Məsələyə münasibət bildirən maliyyə nazirinin müavini Himalay Məmişov bildirib ki, 2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. Lakin indiyədək həmin vəsaitin 41 %-i, yəni 3,5 milyon manatı istifadə olunub.

Nazirlik rəsmisi qurumun büdcəsində hələ 5 milyon manat istifadə olunmamış qalığın və ilin əvvəlinə həmin qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaitinin olduğunu vurğulayıb:

“2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumun əlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyini düşünürük".

Kino Agentliyinin büdcəsindəki 11,5 milyon manatın nəyə xərclənəcəyi, həmçinin, nazirin qeyd etdiyi 5 milyon qalıqdan əlavə digər 5,5 milyon manatın hansı ildən qalıq qaldığı sualları yaranıb.

Bəs həmin vəsaitlər necə xərclənəcək?

Məsələ ilə bağlı Azərbaycan Kino Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qalan məbləğin xərclənməsi konkret prioritet istiqamətlər üzrə planlaşdırılıb.

“Belə ki, vəsaitin bir hissəsi bu il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi qaliblərinin filmlərinin çəkilişinə, bundan əlavə istehsalının yekun mərhələsində olan bir neçə filmin tamamlanmasına, digər hissəsi “Baku Cinema Breeze” beynəlxalq festivalının maliyyələşdirilməsinə, həmçinin “Nizami” kinoteatrının yayım infrastrukturunun yenilənməsi və bərpasına yönəldiləcək. Bu tədbirlər milli kino sektorunda davamlı inkişafın təmin olunmasına xidmət edir”, - deyə məlumatda qeyd edilib.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO