Tələbələrlə təcrübə müddətində əmək müqaviləsi bağlanacaq. Əmək Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunub. Layihəyə əsasən, təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda onlarla müddətli əmək müqaviləsi bağlanılacaq.
Ali məktəbdə oxuyanların bəzisi elə ilk kursdan işləməyə maraq göstərir, bəzən də öz və ya müxtəlif sahələr üzrə əmək fəaliyyəti ilə məşğul olurlar. Sonuncu kursda isə onlar öz ixtisasları üzrə təcrübə keçmək üçün ali təhsil müəssisəsi tərəfindən müəyyən iş yerlərinə göndərilirlər.
Bu qaydanın bütün işləyən tələbələrə, yoxsa yalnız universitet tərəfindən göndərilənlərə aid edilib-edilməməsi məsələsi müzakirə olunur.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli deyib ki, bu dəyişiklik tələbələrin hüquqlarının qorunmasına xidmət edir.
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə təklif edilən dəyşikliklərin məqsədi, həm də istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin hüquqlarının qorunması, əməyin mühafizəsi və qaydalarının onların təcrübə keçdiyi iş yerlərinə də şamil olunmasıdır.
Əgər hər hansı bir tələbə təhsil almaqla yanaşı, bu və ya digər müəssisədə çalışırsa, tələbə kimi yox, işçi kimi çalışır və təbii ki, onunla müvafiq qaydada əmək müqaviləsi imzalanır. Əməyin mühafizəsi və qaydaları bütün iş yerlərinə şamil olunan bir anlayışdır.
Təklif edilən dəyişikliklər istehsalat təcrübəsi zamanı əməyin mühafizəsi və qaydalarının tətbiqi ilə bağlıdır”, - deyə deputat qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 05.12.2025
Tələbələr üçün YENİ DÖVR - Rəsmi işçi statusu ALIRLAR
Hazırda oxunan: Tələbələr üçün YENİ DÖVR - Rəsmi işçi statusu ALIRLAR
Hazırda oxunan: Tələbələr üçün YENİ DÖVR - Rəsmi işçi statusu ALIRLAR
583846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































