“Küçəni yarış meydançasına çeviriblər” – Binəqədi sakinlərini təngə gətirən mopedçilər – VİDEO

“Küçəni yarış meydançasına çeviriblər” – Binəqədi sakinlərini təngə gətirən mopedçilər – VİDEO

Hazırda oxunan: “Küçəni yarış meydançasına çeviriblər” – Binəqədi sakinlərini təngə gətirən mopedçilər – VİDEO

583827

Binəqədi rayonu İbrahimpaşa Dadaşov və Süleyman Sani Axundov küçələrində yaşayan vətəndaşlar moped sürücülərinin qanunsuz hərəkətlərindən şikayətçidirlər.

Bizim.Media-ya müraciət edən sakinlərin sözlərinə görə, yeniyetmələr xüsusi geyimsiz, günün istənilən saatında dövlət nömrə nişanı olmayan mopedlərlə yuxarıda adı çəkilən küçələrdə ardıcıl, dairəvi şəkildə dolaşırlar.

Onlar mopedlərdən bir əyləncə vasitəsi kimi istifadə edir, nə özlərinin, nə sürücü və piyadaların təhlükəsizliyini, nə də əhalinin sakitliyini nəzərə alırlar. Səsboğucuya müdaxilə edən moped idarəçiləri bir saat ərzində eyni yolda bir neçə dəfə yüksək səslə hərəkət edirlər.

Ərazini yarış meydançası kimi istifadə edənlərin bu davranışını gecə də, gündüz də müşahidə etmək mümkündür.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Bizim.Media-ya bildirilib ki,  İdarə mopedlərin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması və hadisələrin sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirir:

“Edilən xəbərdarlıqlara, görülən inzibati tənbehlərə baxmayaraq yenə də bəzi moped sürücüləri qaydalara biganə yanaşırlar ki, nəticədə yol-nəqliyyat hadisələrinin iştirakçısına çevrilirlər. Eyni zamanda, bəzi sürücülər yol hərəkəti qaydalarına biganə yanaşaraq avtomobil yollarına sürücülərə və piyadalara maneə yaradırlar. Həmin nəqliyyat vasitələrini idarə edən sürücülər saxlanılaraq onlarla profikaktik söhbətlər aparılır və kobud qayda pozanlar barəsində inzibati tənbeh tədbiri həyata keçirilir”.

Qeyd edilib ki, mövcud qanunverilciliyin tələblərinə əsasən, mopedlərdə dövlət nömrə nişanlarının olması tələb edilmir:

“Bəzi hallarda bundan sui-istifadə edən sürücülər də qaydalara səthi yanaşırlar. Bununla yanaşı, səs boğuculara müdaxilə edərək ərazidə yaşayan sakinlərin və ətrafda olan hərəkət iştirakçılarının da haqlı narazılıqlarına səbəb olurlar. Təbii ki, belə sürücülər aşkar olunduqları təqdirdə barələrində tərəfimizdən  qanunamüvafiq tədbirlər görülür. Bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərdən xahişimiz, eyni zamanda tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər və nəzərə alsınlar ki, adi diqqətsizlik xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər”.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliyə görə, Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO