Hərbi çağırışla bağlı YENİLİK – Bu şəxslər xidmətə cəlb olunacaq

Hərbi çağırışla bağlı YENİLİK – Bu şəxslər xidmətə cəlb olunacaq

Hazırda oxunan: Hərbi çağırışla bağlı YENİLİK – Bu şəxslər xidmətə cəlb olunacaq

583816

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə dəyişiklik edilməsilə bağlı qərar verilib.

Dəyişikliyə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata buraxılan vətəndaşlar 30 yaşına qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçməlidirlər.
 

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara görə hərbi xidmətə çağırış zamanı "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəkildə şəhadətləndirilmədən keçirlər.

 

Görəsən, hərbi xidmətə çağırışla bağlı yeni qərar hansı dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, burada elə də ciddi dəyişiklik yoxdur:

“Sadəcə yaş həddi 35-dən 30-a endirilib. Bu da sistemdə ciddi nəzarətin olması ilə bağlıdır. Sistemdə güclü islahatlar aparılır, yanaşma və nəzarət işində ciddi irəliləyişlər əldə olunur.  Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək, ehtiyata keçirilən vətəndaşlar ciddi şəkildə yoxlanılır”.

Nəzarət mexanizmi qanunsuz halların qarşısını alır.

Ekspert qeyd edir ki, bu sahədə digər nəzarət mexanizmləri də fəaliyyətə başlayıb:

“Əvvəllər bu məsələyə Hərbi Səfərbərlik və Çağırış üzrə Dövlət Xidməti nəzarət edirdisə, indi digər güc və nəzarət strukturları da fəal şəkildə prosesə müdaxilə edir. Ötən dövrdə xəstəliklə əlaqədar çoxsaylı şəxslər hərbi xidmətə yararsız elan olunub. Nəzarət mexanizminin işə düşməsilə isə bu məsələdə qanunsuz hallara yol verilməsinin qarşısı əsasən alınıb. Bununla bağlı hətta bir sıra rayonların idarə rəisləri vəzifələrindən azad edildi. Yəni bu sahədə mövcud olan ciddi nöqsanlar indi tədricən aradan qaldırılır. Xəstəlik adı ilə hərbi xidmətdən yayınan şəxslər yenidən hərbi xidmətə cəlb olunurlar”.

Həmsöhbətimizin fikrincə, burada nəzarət o qədər güclüdür ki, yaş həddinin 35-dən 30-a endirilməsi vəziyyətdə elə də ciddi dəyişiklik yaratmır:

“Yalnız həqiqətən də sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olan insanların xəstəliklə bağlı diaqnozlarında obyektiv yanaşma öz əksini tapıb. Bu da öz növbəsində təbii ki, qoyulan diaqnozun nə qədər doğru-düzgün olması məsələsində yaşanan problemləri aradan qaldıracaq. Məsələ o qədər ciddidir ki, başda Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarələri olmaqla, nə tibb, nə də digər müəssisələr heç bir yanlışlığa yol verə bilməyəcəklər”.

Rüfət Sultan, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO