Samuxda ŞOK: Ata 15 yaşlı qızına təcavüz etdi

Samuxda ŞOK: Ata 15 yaşlı qızına təcavüz etdi

Hazırda oxunan: Samuxda ŞOK: Ata 15 yaşlı qızına təcavüz etdi

583768

Gəncə Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Qədim Namazlının (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2025-ci ilin fevral-mart aylarında Samux rayonu ərazisində yerləşən fermaların birində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Qədim Namazlı qızı, yetkinlik yaşına çatmayan - 2010-cu il təvəllüdlü zərərçəkmiş M.N.-in (şərtidir) onunla birlikdə yaşadıqları fermadakı fərdi yaşayış evinin yataq otağındakı çarpayıda köməksiz vəziyyətindən istifadə edib. O, zərərçəkmiş şəxsin etiraz etməsinə, durub onun yanından qaçmaq istəməsinə məhəl qoymayaraq, qızını ona “belə etmə” dedikdə “sənin başını kəsərəm” deyib, zor tətbiq edərək hədələyib. Daha sonra ata doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Bu hadisə iki dəfə baş verib.

Qeyd edək ki, Qədim Namazlı ailəsi ilə birlikdə fermada qalaraq çoban işləyirmış. O, məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, həyat yoldaşı ona şər atıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO