Əmək məzuniyyəti dövrünə təsadüf edən bayram, hüzn və səsvermə günlərinin sayı qədər məzuniyyət müddəti uzadılacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq.
Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günlərinə görə məzuniyyət müddəti uzadılmır.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:26 / 03.12.2025
Məzuniyyətlə bağlı qaydalar DƏYİŞİR – Bu halda müddəti UZADILACAQ
Hazırda oxunan: Məzuniyyətlə bağlı qaydalar DƏYİŞİR – Bu halda müddəti UZADILACAQ
Hazırda oxunan: Məzuniyyətlə bağlı qaydalar DƏYİŞİR – Bu halda müddəti UZADILACAQ
583638
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































