SON DƏQİQƏ! İrandan ölkəmizə rənglənmiş portağallar gətirildiyi TƏSDİQLƏNDİ – RƏSMİ/FOTO

SON DƏQİQƏ! İrandan ölkəmizə rənglənmiş portağallar gətirildiyi TƏSDİQLƏNDİ – RƏSMİ/FOTO

Hazırda oxunan: SON DƏQİQƏ! İrandan ölkəmizə rənglənmiş portağallar gətirildiyi TƏSDİQLƏNDİ – RƏSMİ/FOTO

583513

“İran İslam Respublikasından portağal məhsullarının idxalı ilə bağlı müraciət əsasında götürülmüş nümunələrin müayinəsi nəticəsində bəzi partiyalarda istifadəsinə yol verilməyən, insan həyat və sağlamlığı üçün təhlükəli hesab edilən rəngləyici maddə (Citrus Red 2) aşkarlanıb”.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan gələn portağallar RƏNGLƏNİR? – AQTA nəzarətə götürdü– VİDEO

 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

“Cari il ərzində İrandan portağal idxalı üçün ümumilikdə 33 şirkətin müraciəti qeydə alınıb, uyğunsuzluq isə yalnız 3 şirkətə məxsus məhsulda müəyyən edilib. Məhsul partiyalarının dövriyyəsinin qarşısı alınıb. Həmçinin İrandan idxal edilən portağal məhsulları üzrə yoxlamaların dövriliyi artırılıb. Bütün məhsul partiyaları laborator müayinələrə cəlb edilməklə nəzarət daha da gücləndirilib. Lakin az miqdarda qarışıq halda digər partiyaların içərisində daxili bazara çıxma ehtimalını nəzərə alaraq satış şəbəkələrində müvafiq tədbirlər icra edilməkdədir.


İstehlakçılardan diqqətli olmaları və qarşılaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur”.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə İranda satış üçün nəzərdə tutulan portağalların boyalı suya salınaraq rəngləndiyi ilə bağlı görüntülər yayılmışdı.

Bizim.Media həmin portağalların ölkəmizə idxal olunub-olunmadığı ilə bağlı AQTA-ya sorğu ünvanlamışdı. Agentlik məsələni nəzarətə götürmüş, laborator müayinələrə başlamışdı.

Qeyd edək ki, İrandan gələn meyvələrdə, məhz portağallarda 2 il öncə də sağlamlığa təhlükə saçan viruslar tapılmışdı. Nəticədə İrandan idxal olunan 20 tona yaxın portağal məhv edilmişdi.










Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO