Vahid Ələkbərov 2,58 milyard dollar itirdi

Vahid Ələkbərov 2,58 milyard dollar itirdi

Hazırda oxunan: Vahid Ələkbərov 2,58 milyard dollar itirdi

583475

İlin əvvəlindən etibarən Rusiyanın ən böyük biznesmenlərinin ümumi sərvəti 18,1 milyard dollar artıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Bloomberg” agentliyinin dərc etdiyi “Milyarderlər İndeksi”ndə (Bloomberg Billionaires Index) yer alıb.

Reytinqdə dünyanın ən varlı 500 şəxsi nin adı çəkilir.

Eyni zamanda bildirilir ki, bir sıra rusiyalı milyarderlər ciddi itkilərlə üzləşiblər.

NLMK İdarə Heyətinin sədri Vladimir Lisin 3,07 milyard dollar itirib və onun sərvəti hazırda 22,8 milyard dollar təşkil edir.

“Lukoil” şirkətinin təsisçilərindən biri, Bakıda anadan olan və hazırda Rusiyada yaşayan azərbaycanlı iş adamı Vahid Ələkbərov isə 2,58 milyard dollar itirərək sərvətini 22,7 milyard dollara endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO