Bakının Nərimanov rayonunda 25 yaşlı Elcan Qulamov (soyad şərtidir) üç tanışını bıçaqlayıb.
Bizim.Media Teleqraf.az-a istinadən xəbər verir ki, tərəflərin mübahisəsi siqaret üstündə olub.
Belə ki, dostlar restoranların birində ad günü məclisinə toplaşıb. Məclisin sonuna yaxın
dostlardan birinin siqaretinin yoxa çıxdığı bəlli olub.
Bu zaman siqareti yoxa çıxan şəxs məclis iştirakçılarından “Mənim siqaretimi kim çəkib?” deyə soruşub. Cavab ala bilməyən Sübhan Məmmədov (soyad şərtidir) ümumi olaraq siqaterini götürən şəxs barədə söyüş söyüb.
Bundan sonra Elcanla Sübhan arasında siqaretə görə mübahisə yaranıb. Restoranın çölündə davam edən mübahisənin nəticəsində Elcan Sübhana və mübahisəyə qarışan Fəridlə Rəşada bıçaqla xəsarət yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işin yekununda Elcan Qulamov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:19 / 02.12.2025
Bakıda “Siqaretimi kim çəkib?” mübahisəsində üç nəfər BIÇAQLANDI
Hazırda oxunan: Bakıda “Siqaretimi kim çəkib?” mübahisəsində üç nəfər BIÇAQLANDI
Hazırda oxunan: Bakıda “Siqaretimi kim çəkib?” mübahisəsində üç nəfər BIÇAQLANDI
583472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































