Elton Məmmədov məhkəməyə gəlməmə səbəbini AÇIQLADI - ÖZƏL

Elton Məmmədov məhkəməyə gəlməmə səbəbini AÇIQLADI - ÖZƏL

Hazırda oxunan: Elton Məmmədov məhkəməyə gəlməmə səbəbini AÇIQLADI - ÖZƏL

58345

“Bu gün 14:30-da məhkəmə iclası təyin olunmuşdu. 14:00-da isə imtahanım var idi. 20 tələbənin imtahanını bir dələduzun güdazına verə bilməzdim”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında AMEA-nın işlər idarəsinin sabiq müdiri Elton Məmmədov Akademiyanın Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev tərəfindən barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı danışarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Mehdiyev və Məmmədov arasında qalmaqal yeni dövrə qədəm qoydu


Onun sözlərinə görə barəsində qaldırılan ittihamlar Ramiz Mehdiyevin diktəsi ilə həyata keçirilir:

“Ara və baş qatmaq, məhkəmə prosesində zaman udmaq, Elton Məmmədovu qıcıqlandırmaq, mənə qarşı kompramat yığmaqla məşğuldurlar. Mən ömrüboyu ən savadsız fəhləni belə təhqir etməmişəm. Mən hansı sözü demişəmsə, bu gün də arxasındayam. İndi deyir ki, guya mən “Youtube” da onu təhqir etmişəm. Mən həyatı boyu “Yotube” işlətməmişəm. O kanalda bir Azərbaycan vətəndaşının övladının başına gətirilənlər haqqında ictimailəşən məsələyə demokratik ölkənin üzvü kimi münasibət bildirmişəm. Qığılcım çıxmayan yerdən od çıxarmaq istəyirlərsə, ona nail ola bilməzlər. Biz ədalətli cəmiyyətdə yaşayırıq”.

Elton Məmmədovun sözlərinə görə Ramiz Mehdiyevin fəaliyyətinin 3 illik dövründə vurduğu ziyan milyardlarla ölçülən cinayətkar addımlardır: 

"Cinayətkar təkcə o deyil ki, gedib adam öldürəsən və məsuliyyətə cəlb olunasan. Mən bu gün ora vəzifəyə gəlsəm də, gəlməsəm də olar. Gəlməsəm də heç nə uduzmuram. Kamal Əliyevə “siz” və “müəllim” deyə müraciət etmişəm. İşlətdiyim fikir KİV-də ictimailəşən cinayətkar dəstə ilə bağlı onun Kamal Əliyevin də adının hallandırılması olub. Bu da istintaq predmeti olaraq araşdırılır. Kamal Əliyev AMEA-ya hansı yolla gəlibsə, onu da yaxşı bilirəm. Kamal Əliyevi ora gətirən Ramiz Mehdiyevin birbaşa qohumu və yerlisidir. Hansı ki, bu adamlar elmin korlanmsına xidmət edir. Azərbaycan ziyalı cəmiyyətinin adından bir daha deyirəm: - Ramiz Mehdiyev cinayətkardır.
 

Fəaliyyətinin 3 illik dövründə vurduğu ziyan milyardlarla ölçülən cinayətkar addımlardır. Cinayətkar təkcə o deyil ki, gedib adam öldürəsən və məsuliyyətə cəlb olunasan. Mən bu gün ora vəzifəyə gəlsəm də, gəlməsəm də olar. Gəlməsəm də heç nə uduzmuram”.


Elton Məmmədov Azərbaycanda məhkəmə sistemində aparılan islahatlara inandığını da dilə gətirib:

“Ədalət mühakiməsinin qərarına da güvənirəm. Hesab edirəm ki, haqq ədalət Ramiz Mehdiyevin hökmü deyil, hökmü oxuyan ədalət mühakiməsinin başında duran hakimdir. Xanım və ya kişi olsun fərq etməz. Yetər ki, onlar Allahdan qorxub ədalətli, qanun çərçivəsində hər hansı müracət edən vətəndaşa ədalət nümayiş etdirsin. Günahım varsa, cəzamı çəkməyə hazıram.
 

Amma ədalət mənim tərəfimdədirsə, tələbimdən və iddiamdan əl çəkməyəcəyəm. Tələbim yerimə bərpa olunmaq və birinci instansiya qərarını qüvvədə saxlamaqdan ibarətir”.


Qeyd edək ki, Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Səbail rayon Məhkəməsinə müraciət edən AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev Elton Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO